Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Nottinqem Forest"ə 0:3 hesabı ilə məğlub olan "Fənərbağça"da daha bir şok yaşanıb. Zədələndiyi üçün oyunu yarımçıq tərk edən ulduz futbolçu Milan Şkrinyarın durumunun ciddi olduğu üzə çıxıb.
Metbuat.az xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Domeniko Tedesko təcrübəli müdafiəçinin səhhəti barədə açıqlama verib.
O, Şkrinyarın zədəsinin ciddi olduğunu deyib. Domeniko Tedesko oyunçunun ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacağını bildirib.
"Fənərbağça"nın baş məşqçisi komandasının oyunundan razı qalmadığını qeyd edib. “Məğlubiyyətə layiqik. İlk yarıda qapımızdan hətta 5 qol da buraxa bilərdik. Oyun ərzində bir dəfə də real qol vəziyyəti yarada bilmədik”, - Domeniko Tedesko belə deyib.