Çempionlar Liqasında “Real Madrid”in “Benfika”nı 1-0 hesabı ilə məlub etdiyi maçla balı qalmaqal davam edir.
Metbuat.az xəbər verir ki, “Benfika”nın məşqçisi Joze Mourinyo "Real Madrid"in ulduzu Vinisius Juniorun irqçi sözlərə məruz qalması ilə bağlı iddialara münasibət bildirib. Mourinyo, "Problem hər stadionda baş verir. Vinisiusun oynadığı stadionlarda həmişə bir şey olur. Mən Vinisiusa məhz bunu dedim. Mən ona dedim ki, belə qol vuranda sadəcə qeyd et və irəlilə.”, - deyə bildirib.
Qeyd edək ki, Vinisius Junior qolunu çılğın şəkildə qeyd edəndən sonra tribunadan istehza ilə qarşılanıb. “Benfika” futbolçusu Canluka Prestiannin də irqçi ifadələr səsləndirdiyi barədə iddialar irəli sürülüb. “Real”ın futbolçuları hakimə etiraz etdikdən sonra FİFA-nın irqçilik protokolu işə salınıb və oyun dayandırılıb. Bir müddətdən sonra oyun bərpa edilib.