"Çelsi" və "Yuventus" iki ulduz futbolçunu mübadilə edə bilər.
Metbuat.az xəbər verir ki, İngiltərə klubu Kenan Yıldızın xidmətində maraqlıdır. Bildirilir ki, “Çelsi” türk futbolçunu transfer etmək üçün “Yuventus”a Alexandro Qarnaçonu göndərməyə razıdır. Futbolçudan əlavə “Çelsi” İtaliya klubuna pul ödəyə bilər.
Qeyd edək ki, Kenan Yıldızın “Yuventus”la yeni müqavilə barədə razılığa gəldiyi barədə xəbərlər dərc edilmişdi. Müqavilə futbolçunun məvacibinin artırılmasını nəzərdə tutur. Bundan əvvəl, futbolçunun adı “Real Madrid”lə hallanmışdı.