"Real Madrid"in futbolçusu Arda Güler baş məşqçi Alvaro Arbeloanın seçimlərindən narazıdır.

Metbuat.az xəbər verir ki, Arda tez-tez əvəzlənməsinə etiraz edib. "Elnacional" nəşrində dərc edilən xəbərə görə, futbolçu hesab edir ki, Arbeloa Cud Bellingem və Vinisius Juniorun nufuzundan ehtiyat edərək, onları əvəzləmir. Buna görə də, Arda əvəzlənir.

Qeyd edək ki, Çempionlar Liqasında "Real Madrid"in "Benfika"ya 2-4 hesabı ilə uduzduğu matçda Arda Güler əvəzləndiyi zaman reaksiyası ilə yadda qalmışdı. Arda ehtiyat oyunçular skamyasına tərəf gedərkən qollarını açıb və "Həmişə mən, həmişə mən" - deyib.