UEFA Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Nyukasl Yunayted" oyununun biletləri bu gün saat 12:00-da satışa çıxır.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisi məlumat yayıb
Standart biletlərin qiymətləri 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar 200, 250, 300 və 400 manat, VVIP sektorlar 1000 manatdır.
Qeyd edək ki, “Qarabağ” - “Nyukasl” matçı fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.