Joze Mourinyo "Benfika" ilə yollarını ayıra bilər.

Metbuat.az xəbər verir ki, Portuqaliya millisi onun xidmətində maraqlıdır. ESPN-də yayımlanan xəbərə görə, Portuqaliya Futbol Federasiyası Roberto Martinezdən sonra Mourinyo ilə çalışmaq istəyir. Bildirilir ki, Roberto Martinezin müqaviləsi 2026-cı il Dünya Kubokundan sonra yekunlaşır.

Qeyd edək ki, iki il əvvəl Joze Mourinyo, “Dünya Kubokundan və ya Avropa Çempionatından əvvəl təklif alsaydım, qəbul edərdim, amma böyük bir turnirdə iştirak etmək üçün iki il gözləmək istəmirəm. Bir gün təklif gəlsə, qəbul edəcəyəm", - deyə bildirmişdi.