Türkiyə çempionatında növbəti dəfə məşqçi dəyişikliyi baş verib. "Boluspor" baş məşqçi Erdal Güneşle yollarını ayırıb.

Metbuat.az xəbər verir ki, buna səbəb Anadolu klubunun oynadığı 3 matçın ikisində məğlub olmasıdır. "Qırmızılı-ağlı" klubun uğursuzluq zolağından çıxa bilməməsi baş məşqçinin işdən qovulması ilə nəticələnib.

Qeyd edək ki, Erdal Güneş yanvarın 28-də bu vəzifəyə təyin olunmuşdu.

Klub yollarını ayırdığı baş məşqçiyə xidmətlərinə görə təşəkkür edib.