İtaliyanın “Yuventus” komandası Türkiyə millisinin futbolçusu Kənan Yıldızla yeni müqavilə imzalayıb.

Metbuat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yer alıb.

Məlumata görə, 20 yaşlı oyunçunun sözləşməsi 2030-cu ilə qədər uzadılıb.

    O, 2023-cü ildən A Seriyası təmsilçisinin formasını geyinir. Ulduz futbolçu bu mövsüm komandanın heyətində 31 matçda 9 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.