Türkiyənin "Fənərbaxça" klubunun sabiq prezidenti Ali Koç hər kəsi təəccübləndirib. İş adamı uzun illər rəhbərlik etdiyi kluba böyük məbləğdə ianə edib.
Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, Ali Köç "Fənərbaxça"ya 83 milyon dollar yardım edib. İstanbul təmsilçisinin yeni rəhbərliyi bu jestinə görə keçmiş prezidentə təşəkkürünü bildirib.
"Fənərbaxça" azarkeşləri də Ali Koçun qərarını alqışlayıblar.