"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu - VIII turunda "Liverpul"a (İngiltərə) böyük hesabla uduzub.
Metbuat.az xəbər verir ki, "Enfild" stadionunda keçirilirən matçda ev sahibləri 6:0 hesablı qələbəyə seviniblər. Məğlubiyyətə baxmayaraq "köhlən atlar" əsas mərhələdə topladığı 10 xal sayəsində pley-off mərhələsinə yüksəlməyi bacarıb. "Qarabağ"ın pley-offdakı rəqibi ya PSJ, ya da "Nyukasl Yunayted" olacaq.