“Əl-Hilal”ın futbolçusu Ruben Neveş “Real Madrid”ə transfer olmaq istəyir.
Metbuat.az xəbər verir ki, futbolçu bu transfer dövründə İspaniyaya transfer olmağa razılıq verib. Nevesin istəyinə baxmayaraq, “Real”ın prezidenti Florentino Perez transferin həyata keçirilməsinə razılıq verməyib. Rəhbərlik mövsümün sonuna qədər transfer edilməyəcəyini və hazırkı heyətin bütün yarışlarda kubok qazanmaq keyfiyyətinə malik olduğunu vurğulayıb.
Bildirilir ki, Alvaro Arbeloanın rəhbərliyi ilə “Real Madrid”in La Liqada “Levante”ni 2-0 hesabı ilə məğlub etməsinə baxmayaraq, yarımmüdafiədəki struktur problemləri bir daha ortaya çıxıb. İlk hissədə oyunu idarə etməkdə çətinlik çəkən “Real”, Arda Güler və Dani Seballosun oyuna daxil olması ilə matçın gedişatını dəyişdirib.