“Fənərbaxça” transfer səylərini davam etdirir.
Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi həm liqada, həm də Avropada uğur qazanmaq üçün böyük büdcə ayırıb. Bildirilir ki, “Fənərbaxça” “Əl Hilal”ın hücumçusu Darvin Nunezi icarəyə götürmək istəyir. Bildirilir ki, "Fənərbaxça" Səudiyyə Ərəbistanı komandası ilə futbolçunun maaşı ilə bağlı danışıqları davam etdirir. “Əl Hilal”da narazı olan Nunezin “Fənərbaxça”ya transfer olmağa razılıq verdiyi vurğulanıb.
Qeyd edək ki, ötən il “Liverpul”dan “Əl Hilal”a 53 milyon avroya transfer olan Darvin Nunez Səudiyyə Ərəbistanı komandasında 17 matçda 7 dəfə fərqlənib və 4 məhsuldar ötürmə edib.