“Qalatasaray” bir müddətdir danışıqlar apardığı Can Armando Güner ilə ortaq məxrəcə gəlib.

Metbuat.az xəbər verir ki, Türkiyə təmsilçisinin İstanbula gətirdiyi, lakin klubu “Borussiya Mönhenqladbax”la anlaşa bilmədiyi üçün Almaniyaya qayıdan Can Armando Günerlə bağlı problem həllini tapıb.

18 yaşlı cinah yarımmüdafiəçisi ilə müqavilənin yeni mövsümdən qüvvədə olacağı və klubuna təzminat ödənəcəyi bildirilib.

Artıq gənc oyunçu sosial şəbəkədə “Qalatasaray” rəsmiləri Abdullah Kavukçu və Fatih Dəmirəli izləməyə başlayıb. Kavukçu da Güneri izləyib.