"Barselona"nın məşqçisi Hansi Flik “Real Madrid”lə yollarını ayıran Xabi Alonso barədə danışıb.
Metbuat.az xəbər verir ki, o, Alonso ilə yaxşı münasibətlərinin olduğunu ifadə edib. Flik Alonsonun işdən çıxarılmasının sərt qərar olduğunu bildirib. Flik, ““Leverkuzen”də görüşdük və hələ də əlaqə saxlayırıq. O, əla məşqçidir. Ona növbəti böyük layihəsində uğurlar arzulayıram”, - deyə bildirib.
Qeyd edək ki, "Real Madrid" Xabi Alonso ilə qarşılıqlı razılaşma əsasında əməkdaşlığı dayandırdığını açıqlayıb. Onun yerinə Alvaro Arbeloa gətirilib.