İspaniya nəhəngi “Real Madrid”də baş məşqçi dəyişikliyi gənc futbolçu Arda Gülər üçün təhlükə vəd edir.

Metbuat.az xəbər verir ki, bu iddia ilə İspaniya mediası çıxış edib.

İspan jurnalistlər yeni baş məşqçi Alvaro Arbeloanın 21 yaşlı futbolçu üçün acı sürpriz hazırladığını yazıblar.

İddialara görə, Alvaro Arbeloa “Real Madrid”in gənclər akademiyasında yetişən Niko Pazı yenidən heyətə qatmaq istəyir. Niko Pazın transferi Arda Gülər üçün böyük təhlükə vəd edir. Bildirilir ki, bu transfer Türkiyə millisinin oyunçusunun əsas heyətdəki mövqeyini zəiflədəcək. Hətta Ardanın Madrid klubundan ayrıla biləcəyi də istisna olunmur.

Qeyd edək ki, Arad Gülər bu mövsüm “Real Madrid” forması ilə 28 oyuna çıxıb. 21 yaşlı futbolçu bu matçlarda 3 qol vurub, 8 məhsuldar ötürmə edib.