“Real Madrid” Xabi Alonsonu klubdan göndərib.
Metbuat.az xəbər verir ki, bu barədə klubdan açıqlama verilib. Bildirilir ki, tərəflər qarşılıqlı razılaşma əsasında əməkdaşlığa son verib. Açıqlamaya görə, Alonsonun yerinə “Real”ın keçmiş oyunçusu Alvaro Arbeloa təyin edilib.
Qeyd edək ki, Alvaro Arbeloa “Real Madrid”in gənclər komandası olan "Kastilya"ya rəhbərlik edib. İspaniya Super Kubokunin finalında “Real Madrid” “Barselona”ya 2-3 hesabı ilə məğlub olmuşdu.