Almaniya Bundesliqasında XVI tura yekun vurulub.

Metbuat.az xəbər verir ki, son gün iki qarşılaşma baş tutub.

    "Borussiya Münhenqladbax" öz meydanında "Auqsburq"la üz-üzə gəlib. Ev sahibləri rəqibini 4 cavabsız qolla məğlub edib - 4:0.

    Lider "Bavariya" isə "Volfsburq"u meydana çıxmağa peşman edib. Bavyera təmsilçisi rəqibini 8:1 hesabı ilə darmadağın edib.