"Barselona" icarəyə götürdüyü Markus Reşfordu birdəfəlik transfer etmək istəyir.
Metbuat.az xəbər verir ki, “Mançester Yunayted”dən icarəyə götürülən futbolçunun müqaviləsindəki 30 milyon avroluq alış seçimi məcburi deyil, lakin “Barselona” bu bəndi nəzərdən keçirir. “Barselona” bu məbləği aşağı endirmək istəyir. Bildirilir ki, Reşford “Barselona” formasında oynadığı oyunla məşqçilər heyətinin və rəhbərliyin etimadını qazanıb. Fabrizio Romanonun məlumatına görə, klub Reşfordun agentlərinə və ailəsinə ingilis oyunçu ilə davam etmək istədiklərini bildirib.
Romano vurğulayıb ki, “Barselona” Reşforddan yalnız qol vurmasına görə deyil, həm də çox yönlülüyünə, peşəkarlığına və soyunma otağındakı münasibətinə görə məmnundur.