Braziliyadan olan ulduz futbolçu Neymar şərəfini qorudğu "Santos" klubu ilə müqaviləsini 1 il uzadıb. Braziliyalı qolçu 2026-cı ilin dekabrına kimi öz ölkəsində top qovacaq.

Metbuat.az xəbər verir ki, Neymar “Santos”un yetirməsidir.

33 yaşlı futbolçu gənclik illərini doğma klubda keçirib. Sonra isə “Barselona” və PSJ-də oynayıb. 2023-cü ildə zədələnəndən sonra yenidən ölkəsinə qayıdıb.

O, 2023-cü ildən bəri Braziliya yığma komandasının heyətinə cəlb olunmur.