Türkiyə Super Liqasında XVII turun oyunları davam edir.

Metbuat.az xəbər verir ki, günün ilk matçında “Alanyaspor” doğma meydanında autsayder “Karagümrük”lə qarşılaşıb.

    Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    “Qalatasaray” isə “Kasımpaşa” ilə üz-üzə gəlib. “Sarı-qırmızılılar” Yunus Akgün, Qabriel Sara və Mauro İkardinin vurduğu qollarla rəqibini 3:0 hesabı ilə məğlub edib.

    “Samsunspor” isə “Göztəpə” ilə səfər oyunundan xalsız qayıdıb - 0:2.