“Barselona” “Leypziq”in futbolçusu Antonio Nusanın xidmətində maraqlıdır.

Metbuat.az xəbər verir ki, İspaniya nəhəngi norveçli hücumçunu transfer etmək üçün hərəkətə keçib. “Diario AS” nəşrinin məlumatına görə, “Barselona” nümayəndələri DÇ-2026-nın seçmə mərhələsindəki Noveç-İtaliya matçında futbolçunun oyununu izləyiblər. Futbolçu həmin oyunda 1 qolla yadda qalıb.

Qeyd edək ki, “Leypziq” Antonio Nusanı ötən il “Brügge”dən transfer edib. Futbolçu “Leypziq”in heyətində 13 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bundan əvvəl Harri Keyn və Erlinq Holannın adı "Barselona" ilə hallanmışdı.