"Qarabağ"ın qapıçısı Mateuş Koxalski UEFA Çempionlar Liqasının Liqa mərhələsində ən çox seyv edən qolkiperlər sırasında 11-ci yerə yüksəlib.

Metbuat.az xəbər verir ki, 24 yaşlı polşalı bu nəticəyə V turun "Napoli"yə qarşı səfər matçından (0:2) sonra nail olub.

Qapıçı İtaliyadakı qarşılaşmada, ümumilikdə, səkkiz zərbəni dəf edib.

Koxalski cari mövsümdə Liqa mərhələsində dəf etdiyi zərbələrin sayını 17-yə çatdırıb. Polşalı bu göstərici ilə turnirin 11-ci qapıçısıdır.

1. Nikita Haykin ("Budyo Qlimt") - 31;

2. Xeronimo Rulyi ("Marsel") - 29;

3. Tibo Kurtua ("Real Madrid") - 22;

4. Nik Poup ("Nyukasl Yunayted") - 21;

5. Neofitos Mixail ("Pafos") - 20;

6. Marko Karnesekki ("Atalanta") - 18;

7. Mark Flekken ("Bayer Leverkuzen") - 18;

8. Nordin Yakers ("Brügge") - 18;

9. Vanya Milinkoviç-Saviç ("Napoli") - 18;

10. Anatoli Trubin ("Benfika") - 18;

11. Mateuş Koxalski ("Qarabağ") - 17.