Türk futbolunun əfsanəsi Arda Turan Ukraynada qələbələri ard-arda sıralayır.

Metbuat.az xəbər verir ki, Ardanın baş məşqçisi olduğu “Şaxtyor” klubu 13-cü turda “Obolon Kiyev” üzərində 6:0 hesablı parlaq qələbə qazanaraq liderlik kürsüsündə mövqeyini bir qədər də möhkəmləndirib.

Hazırda “Şaxtyor” ən yaxın rəqibini 4 xal qabaqlayır.

Qeyd edək ki, Arda Turanın komandası ötən turu da böyükhesablı qələbə ilə başa vurub. “Şaxtyor” “Vorskla Poltava”nın qapısına 7 dəfə yol tapa bilib.

Ukrayna mediası son iki matçda rəqibi 13 dəfə məyus edən “Şaxtyor”un uğurlarını tərənnüm etməkdən yorulmur. KİV Arda Turanı qələbənin memarı kimi təqdim edir.