"Qalatasaray" nigeriyalı ulduzu Viktor Osimenin səhhəti ilə bağlı açıqlama yayıb.
Metbuat.az-ın məlumatına görə, klubdan hücumçunun təcili olaraq İstanbula gəldiyi və dərhal MRT çəkildiyi bildirilib: “Futbolçumuz Viktor Osimenin MRT-də sol bud nahiyəsində orta dərəcədə gərginlik (dartınma və qanaxma) aşkarlanıb və müalicəyə başlanılıb".
Yerli KİV qolçunun dekabrın 1-də baş tutacaq “Fənərbaxça” derbisində meydana çıxacağını yazıb.
Osimen jurnalistlərlə söhbətində özünü yaxşı hiss etdiyini deyib.