"Dinamo Moskva" klubunda çıxış edən azərbaycanəsilli futbolçu Ülvi Babayev Rusiya millisində oynamaq istədiyini deyib.

Metbuat.az xəbər verir ki, bu barədə 21 yaşlı yarımmüdafiəçi championat.com-a danışıb:

"Atamın Azərbaycanda anadan olmasına çox hörmət edirəm. Amma mən Rusiyada doğulmuşam. Azərbaycandan heç kim mənə müraciət etmədi".