Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.

Metbuat.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb.

Bildirilib ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək "Ayntraxt Frankfurt" (Almaniya) - "Atalanta" (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 27-də baş tutacaq.