Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib.

Metbuat.az Şahin Babayevin dosyesini təqdim edir:

O 1988-ci ildə anadan olub. Şahin Babayev 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb.

2011- ci ildə Sumqayıt Texnologiyalar Parkında çalışıb.

Daha sonra 2012-2021-ci illərdə Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərib.

2023-cü ildə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin olunub.

Şahin Babayev 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Həmçinin, o Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür.

İngilis və rus dillərini bilir.

Ailəlidir.