Topaz Premyer Liqanın 9-cu turunda bu gün keçirilən "Nefçi" - "Qarabağ" oyununu (3:1) idarə edən Əliyar Ağayev nümunəvi addımı ilə yaddı qalıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, FİFA referisi matçın son dəqiqələrində zədələnən "Neftçi"nin futbolçusu Tural Axundova ilk yardımı edib. Müdafiəçi daha sonra ayağa qalxaraq oyunu davam etdirib.

Qeyd edək ki, Ə.Ağayev bu görüşdə futbolçulara 9 sarı vərəqə göstərib. O, "Neftçi"nin 5, "Qarabağ"ın isə 4 oyunçusuna rəsmi xəbərdarlıq edib.

Milli.Az