Almaniya 3-cü Liqasında 13-cü turun oyunları keçirilir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen" səfərdə "Mappen"lə qarşılaşıb. Matç qonaqların qələbəsi ilə başa çatıb - 2:1.
Start heyətdə meydana çıxan R. Dadaşov sonadək oynayıb.
Qeyd edək ki, "Proyssen" 13 turdan sonra 25 xalla 2-ci pillədə qərarlaşıb.
Milli.Az