Çempionlar Liqasının 3-cü turu çərçivəsində "Şalke" ilə oyunda zədələnən "Qalatasaray"ın müdafiəçisi Yuto Naqatamonun vəziyyətinə aydınlıq gəlib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, ağciyər sönməsi diaqnozu ilə xəstəxanaya aparılan 32 yaşlı futbolçu əməliyyat olunub.

Klubdan verilən açıqlamada futbolçunun uğurlu əməliyyat keçirdiyi, 3-4 gün sonra xəstəxanadan evə buraxılacağı bildirilib. Yapon müdafiəçinin 1 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir.

"Qalatasaray" ötən mövsüm İtaliyanın "İnter" klubundan icarəyə götürdüyü Naqatamonu bu yay birdəfəlik transfer etmişdi.

"Cim-bom" Superliqanın növbəti turu çərçivəsində bu gün səfərdə "Malatyaspor"la qarşılaşacaq.

Milli.Az