Belarusun aparıcı KİV-ləri oktyabrın 25-26-da “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu haqqında geniş məlumatlar yayıblarş
Yazılarda Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki nitqindən ayrı-ayrı məqamlara toxunulub.
Belarus KİV-ləri Forum çərçivəsində “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiyaya da yer ayırıb.
Belarusun BELTA dövlət informasiya agentliyi, “Belarus Seqodnya” qəzeti forum haqqında 20-yə yaxın məqalə yayıb, Forumun məqsəd və mahiyyətini oxucularına çatdırıb.(Azərtac)