Dortmundda keçirilən futbol oyunu zamanı baş verən iğtişaşlar nəticəsində 40 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, qarşıdurma Bundesliqanın 9-cu turu çərçivəsində yerli “Borussiya” ilə “Herta” oyunu zamanı olub. Oyun 2:2 hesabı ilə sona çatıb.

Asayiş keşikçiləri ilə toqquşmaları qonaq komandanın azarkeşləri yaradıb. Yaralılar arasında 5 polis əməkdaşı da var.