"Sabah"ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının 9-cu turunda "Zirə"ni məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Milli.Az komanda.az-a istinadən bildirir ki, Əhmədov jurnalistlərlə görüşdə bunları deyib:

- Oyuna görə danışmaq çətindi. Çox zəif oynadıq. Bəxtimiz gətirdi bu gün. "Zirə" 2-ci hissədə daha güclü oynadı. Oyunçularım xarakter göstərdi.

- Demək olarmı ki, komandada Marko Deviç sindromu qırıldı? 
- Qələbəni Deviçə həsr edirik. Ondan başqa da qol vuran futbolçularımız var.

- Sanki komanda əks-hücumlara çıxmağa tələsmirdi. Bu sizin 1 xala qane olmağınızdan irəli gəlirdi?
- Uşaqlarda bir az qorxu hiss var idi. "Zirə" ikinci hissədə çox yaxşı oyun sərgilədi.

Milli.Az