"Juventus"un hücumçusu Kriştiano Ronaldo milli komanda ilə bağlı fikrini dəyişib.

Milli.Az Goal.az-a istinadən bildirir ki, 33 yaşlı futbolçu yığmaya qayıtmağa qərar verib. Juventus-a daha yaxşı uyğunlaşmaq üçün bu ilin sonuna qədər millidə oynamayacağını açıqlayan təcrübəli forvard artıq hazır olduğunu bildirib.

Qeyd edək ki, Portuqaliya millisi UEFA Millətlər Liqasında noyabrın 17-də İtaliya, 3 gün sonra isə Polşa ilə qarşılaşacaq. Ronaldonun hər iki oyunda meydana çıxacağı gözlənilir

Milli.Az