İtaliyanın "İnter" klubunun prezidenti dəyişib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Milan təmsilçisinin yeni rəhbəri Stiven Chan olub.

Çinli iş adamı bu vəzifədə indoneziyalı Erik Tohiri əvəzləyib. Chan "İnter"in 21-ci prezidenti olub.
27 yaşlı Chan "İnter"in əsas səhimdarı "Suning Holdings Group"un sahibi Çjan Tszindunun oğludur.

Qeyd edək ki, "İnter" İtaliya A Seriyasında 9 turdan sonra 19 xalla 3-cü pillədə qərarlaşıb.

Milli.Az