Rusiya Dövlət Dumasının deputatı Dağlıq Qarabağ və ətraf 7 rayonun heç bir ilkin şərt olmadan Azərbaycana qaytarılmalı olduğunu bildirib. Ankaranın Rusiyadan S-400 kompleksləri alması onun CAATSA qanunu çərçivəsində sanksiyalara məruz qalmasıyla nəticələnəcək. Rəcəb Tayyib Ərdoğan səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı əllərində başqa məlumatların da olduğunu açıqlayıb. Rusiya Prezidenti Vladimir Putin Vaşinqtona dəvət edilib.

Dağlıq Qarabağ və ətraf 7 rayon heç bir ilkin şərt olmadan Azərbaycana qaytarılmalıdır. Bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyada Rusiya Dövlət Dumasının deputat Dmitri Savelyev deyib.

D.Saveyley bildirib ki, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatların çatdırılması üçün Azərbaycan diasporunun media sahəsində intensiv fəaliyyətini artırması vacibdir.

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

2016-cı il aprel hadisələri zamanı ABŞ və Avropa ölkələrindəki erməni lobbisi həmin hadisələrin mahiyyətini təhrif edərək Qərb ictimaiyyətinə yalan məlumatlar çatdırdı. Bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyada Rusiya Dövlət Dumasının deputat Dmitri Savelyev deyib.

Aprel savaşı zamanı ermənilər bunu ediblər ki... - Rus deputat GİZLİNLƏRİ AÇDI