Topaz Premyer Liqasının 7-ci turundan təxirə salınmış "Keşlə" - "Qarabağ" oyununun vaxtı, yeri və hakim təyinatları müəyyənləşib.
Milli.Az PFL-in saytına istinadən xəbər verir ki, oktyabrın 31-də "ASK Arena"da keçiriləcək görüş saat 19:00-da başalayacaq. Matçı FİFA referisi Rəhim Həsənov idarə edəcək.
31 oktyabr (çərşənbə)
"Keşlə" - "Qarabağ"
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Mahir Məmmədov
"ASK Arena", 19:00 ("CBC Sport"/canlı)
Milli.Az