İrlandiyalı məşhur müğənni Sinead O'Connor İslam dinini qəbul edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 51 yaşlı müğənni adını dəyişdirib Şüheda Davitt olub. Bu barədə Sinead O'Connor sosial şəbəkədə məlumat verib:

"Müsəlman olduğum üçün qürur duyuram. Bu, hər bir ağıllı ilahiyyatçının təbii olaraq varacağı bir nəticədir. Bütün müqəddəs yazılar bizi İslama aparır. İslam bütün digər müqəddəs kitabları lazımsız edir".

Müğənni profil şəklinə "Wear Hicab" (Hicab geyin) ifadələrinin yer aldığı bir qrafik-mətn yazıb. Davittin hicablı fotosunu paylaşaraq "Xoşbəxt" rəyini yazması diqqət çəkib.

Şüheda Davitt daha sonra sosial şəbəkədə Bəqərə Surəsində Həzrəti Musanın "Belə cahillərdən biri olmaqdansa Allaha pənah aparıram" sözlərini, həmçinin azanı öz üslubunda səsləndirdiyi bir video paylaşıb.

Qeyd edək ki, O'Connor, 1990-cı illərdə Katolikliyi seçərək Maqda Davitt adını almışdı.

Sinead O'Connor kimdir?

ABŞ-ın İndiana ştatında dünyaya gələn Sinead O'Connor 1983-cü ildə atasının dəstəyi ilə daxil olduğu “Newtown” adlı məktəbdə musiqiyə üstünlük verərək sınaq albomu çıxarıb. Ardından “Ton Ton Macoute” adlı qrupla səhnəyə çıxmağa başlayıb. Con Reynolds ilə evlənən ifaçı Bob Dilan, Bon və Marko Pironi kimi sənətkarlarla birlikdə çalışıb.

Sinead O'Connor1990-ci ildə sözləri Prinsə aid olan “Nothing Compares 2 U” adlı mahnıyla böyük şöhrət qazanıb. O, bu ifasına görə Qremmi mükafatına layiq görülsə də, onu rədd edib

ABŞ-ın işğallarına qarşı çıxan sənətçi Papanın fotosunu cırıb. Siyasi kimliyini sənəti ilə birlikdə ön plana çıxaran müğənni 1992-ci ildə Roma Papası II. Jan Polun katolik kilsəsindəki cinsi təcavüzə səssiz qalmasına etiraz əlaməti olaraq Papanın fotosunu televiziya kameralarının qarşısında cıraraq günlərlə dünya ictimaiyyətində müzakirə olunmuşdu.