2021-ci ildə UEFA Super Kuboku oyunu Belarusun paytaxtı Minskdə keçirilə bilər.

Publika.az Belarus Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, qurum sözügedən qarşılaşmanın "Dinamo" stadionunda keçirilməsində maraqlıdır.

Federasiya daha öncə 2020-ci ildəki görüşə ev sahibliyi etmək istəsə də, bu cəhd uğursuz olub.

Qeyd edək ki, 2019-cu ildə UEFA Super Kuboku matçı Türkiyənin İstanbul şəhərindəki “Vodafone Park” stadionunda, 2020-ci ildəki qarşılaşma isə Portuqaliyanın Portu şəhərindəki "Draqau" stadionunda olacaq.