"Benfika" klubunun qadın futbolçulardan ibarət komandası Portuqaliya divizionunda cari mövsüm ikinci dəfə 28:0 hesablı qələbə qazanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, divizionun dördüncü turunda "Benfika" komandası "Almeyrin"i böyük hesabla məğlub edib.

Yarışın ilk dörd matçında baş məşqçi Joze Markesin yetirmələri 28:0, 19:0, 10:0 və 28:0 hesabı ilə qalib gəliblər.

Komanda turnir cədvəlində 12 xalla və 85 qolla birinci pillədə qərarlaşıb.

Milli.Az