"Napoli"nin baş məşqçisi Karlo Ançelotti Kriştiano Ronaldunun "Yuventus"a keçidi barədə açıqlama verib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Napoli"nin baş məşqçisi Karlo Ançelotti Kriştiano Ronaldunun "Yuventus"a keçidini səhv addım adlandırıb. "Kriştiano Ronaldonun A Seriyasına keçidi İtaliya futbolu üçün əlamətdər hadisədir. A seriyası uzun illər Maradona, Ziko, Zidan, Ronaldo, Kaka, Şevçenko, İbrahimoviç kimi superulduzların çıxış etdiyi liqa olub.
Son illər İtaliya futbolunun superulduzu yox idi, Ronaldunun keçidi hər şeyi dəyişdi. Amma mən Ronaldunun sırf "Yuventus"a keçidini səhv addım hesab edirəm" - deyib Ançelotti.
Xatırladaq ki, Ançelotti 2013-2015-ci illərdə "Real"daə Kriştiano Ronaldunun baş məşqçisi olub.
Milli.Az