Növbədənkənar parlament seçkilərindən sonra Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı sərt dönüşlər olacaq. Artıq o
haqda danışırlar ki, 2019-cu ilin may ayında münaqişə ilə bağlı
Ermənistan üçün arzuolunmaz qərarlar veriləcək.
Publika.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi
Hakop Badalyan deyib.
Erməni şərhçi hesab edir ki, bu məsələ ilə bağlı yayılan xəbərlər
Ermənistan daxilində Nikol Paşinyanın nüfuzunu salmağa da
hesablanmış ola bilər: “Belə cəhdlər dəfələrlə olub. Lakin burada
ABŞ-ın İrəvandakı səfirinin “münaqişənin istənilən həll variantı
ərazilərin müəyyən hissəsinin Azərbaycana qaytarılması ilə
nəticələnəcək” açıqlaması diqqət çəkir. Mümkündür ki, problemin
həlli ilə bağlı Ermənistana beynəlxalq təzyiqlər var. Paşinyan
seçkiləri keçirmək və daxili siyasətdəki burulğanları geridə qoymaq
üçün zaman istəyib”.
Badalyan qeyd edir ki, burada Ermənistan daxilində münaqişənin
həllini arzulayanların da mövqeyi az da olsa görünür. Misal üçün,
“Vikiliks” nəşri yazırdı ki, 2008-ci ildə Ermənistanın birinci
prezidenti olmuş Levon Ter-Petrosyan ABŞ səfirini münaqişənin həlli
üçün Serj Sarkisyana təzyiq etməyə inandırmışdı. Bu kontekstdə ABŞ
səfirinin son bəyanatı diqqət çəkir. Seçkidən sonra Qarabağ
ətrafında ciddi proseslərin baş verəcəyi qaçılmaz olacaq.”.
Asif