XİN Dağlıq Qarabağ bölgəsinə səfər edən fransalı meri “qara siyahı”ya daxil edəcək. Rusiya Ukraynaya qarşı sanksiyalar tətbiq edib. Moskva “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında müqavilə”dən çıxmaq istəyən ABŞ-dan izahat istəyib. Rusiya Prezidenti Vladimir Putininin mətbuat katibi Dmitri Peskov Rusiyanın nüvə təlimlərinə başlaya biləcəyini açıqlayıb. Səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə bağlı yeni detallar ortaya çıxıb.

Azərbaycan qanunvericiliyini pozaraq ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etdiyi üçün Fransa vətəndaşı Qael Perdrionun adı ölkəyə girişi arzu olunmayan şəxslər siyahısına daxil ediləcək. Bu barədə Fransanın Sent Etyen şəhərinin merinin ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfərinə dair Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin şərhində deyilir.

Fransalı merin adı XİN-in "qara siyahı"sına salındı