Topaz Premyer Liqasında IX turun oyunlarının vaxtı müəyyənləşib.
Milli.Az sport24.az-a istinadən xəbər verir ki, çempionatın yayım hüququna sahib "CBC Sport" telekanalı bu həftə canı yayımlayacaq qarşılaşmaların və idman yarışlarını açıqlayıb.
Məlum olub ki, turda oktyabrın 27-də saat 16:00-da "Sumqayıt" - "Qəbələ" matçı ilə start veriləcək. Bundan 2 saat sonra "Sabah" "Zirə"ni qəbul edəcək.
Növbəti günün ilk görüşündə saat 15:00-da "Səbail" və "Keşlə" üz-üzə gələcək. Tura yekun vuracaq mərkəzi qarşılaşma - "Neftçi" - "Qarabağ" matçı saat 17:00-da start götürəcək. Bu görüşün erkən keçirilməsi İspaniya Primerosunun qarşıdakı turunda "El Klasiko"nun ""Barselona" - "Real" derbisibin saat 19:15-də "CBC Sport"dan canlı yayımlanması ilə bağlıdı.
Milli.Az