İtaliyanın "İnter" klubunun heyətində ciddi itki baş verib.
Milli.Az xəbər verir ki, "neradzurra"nın aparıcı oyunçularından olan Radja Nainqqolan zədələnib. Milan derbisinin (1:0) 30-cu dəqiqəsində zədələnib meydanı tərk edən belçikalı yarımmüdafiəçinin durumu ciddidir.
Nainqqolan 24 oktyabr tarixində "Barselona" ilə Çempionlar Liqası matçında komandasına kömək edə bilməyəcək.
Milli.Az