İtaliya A Seriyasının 9-cu turunun mərkəzi qarşılaşması "San Siro" stadionunda keçirilib.

Publika.az xəbər verir ki, "Derby della Madonina" adlanan derbidə "İnter" "Milan" komandasını qəbul edib.

Görüşün taleyin həll edən qol qarşılaşmanın 90-ci dəqiqəsində meydan sahibləri tərəfindən vurulub. Matias Veçinonun cinah ötürməsini Mauro İkardi dəqiq baş zərbəsi ilə tamamlayıb. Bu qələbədən sonra xallarının sayını 19-a çatdıran "İnter" turnir cədvəlində üçüncü yerə yüksəlib.