Suriyanın İdlib şəhərində minalanmış avtomobil partladılıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 6 nəfər həlak olub, 25 nəfər yaralanıb.

Partlayış Kusur kvartalında humanitar yardımın verilməsi mərkəzinin yaxınlığında baş verib.

Hadisənin başqa təfərrüatları haqqında məlumat yoxdur.