Kolumbiyada narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirən hərbi "Black Hawk" vertolyotu qəzaya uğrayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Kauka departamentində baş verən qəza nəticəsində 4 nəfər həlak olub. Onlardan ikisi zabitdir.
Hazırda qəzanın başvermə şəraiti araşdırılır.