Topaz Premyer Liqanın 8-ci turunun "Qəbələ" - "Neftçi" oyununda meydan sahibi komandanın futbolçusu Təmkin Xəlilzadə meydandan qovulub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,əvvəlcə 59-cu dəqiqədə T.Xəlilzadə qonaq futbolçu Emin Mahmudovla mübahisəyə görə sarı vərəqə alıb. 67-ci dəqiqədə isə o, "Neftçi"nin cərimə meydançasında simulyasiyaya yol verib.

Bu zaman baş hakim Rəhimov Həsənov Xəlilzadəyə qırmızı vərəqə (ikinci sarı) göstərib.

Milli.Az