"Çelsi"nin futbolçusu Eden Hazard gələcək karyerası haqda danışıb.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, belçikalı futbolçu İngiltərə mətbuatına açıqlamasında karyerasını "Çelsi"də bitirə biləcəyini deyib:
"Karyeramı "Çelsi"də bitirə bilərəm. Komandada hər şeydən məmnunam. Ailəm də burda xoşbəxtdir. İspaniyaya getməsəm, təəccüblənməyin. "Çelsi"nin azarkeşlərini sevirəm, düşünürəm ki, onlar da məni sevir".
Hazard bir müddət əvvəl "Real"da oynamaq istədiyini demişdi.
27 yaşlı futbolçu cari mövsümdə Premyer Liqada 8 qarşılaşmada iştirak edib. O, bu oyunlarda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
Milli.Az